"İŞİD strategiyası" işə düşdü - ABŞ bombaladı

ABŞ prezidentinin İŞİD planı üzrə ilk addım atıldıANN.Az xəbər verir ki, ABŞ ordusu prezident Obamanın İŞİD-lə bağlı açıqladığı plana uyğun olaraq ilk hava hücumunu gerçəkləşdirib.ABŞ Mərkəzi Silahlı Qüvvələr Komandanlığından (CENTCOM) verilən açıqlamaya görə, ABŞ-ın döyüş təyyarələri Bağdadın cənubi-qərbində yerləşən İŞİD hədəflərini bombalayıb. Qurum bu hərbi müdaxiləni strateji planın "İlk əməliyyat"ı adlandırıb. CENTCOM-un açıqlamasında o daqeyd olunub ki, ABŞ təyyarələri Sincar yaxınlığında İŞİD-ə aid 6 hərbi maşını da məhv edib. Qurum bugünə qədər İraq ərazisində ümumilikdə 162 hava hücumu təşkil etdiyini bildirib.
ANN.Az
























