• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament buraxılır: Yeni komanda hərəkətə keçdi

Parlament buraxılır: Yeni komanda hərəkətə keçdi
18.05.2019 15:28
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin komandası Ali Radanın buraxılması üçün hazırlıqlara başlayıb.Anews.az lenta.ru-ya istinadən xəbər verir ki, hələlik səlahiyyətlərinin icrasına başlamayan Zelenskinin komandası Ali Radanın buraxılması haqda prezident fərmanının layihəsini dərc etdirib.Zelenskinin komandasında əsas fiqurlardan hesab olunan Ruslan Stefançukun sözlərinə görə, Ali Radanın buraxılmasına yönəlik prosedurların icrasına Zelenskinin andiçmə mərasimindən sonra başlanılacaq.
Bununla belə, Stafançuk əlavə edib ki, yeni hakimiyyətlə Ali Rada arasında "anlaşma” baş tutarsa, o halda parlamentin buraxılması məsələsi gündəlikdən çıxa bilər.
Maraqlıdır ki, Zelenskinin Ali Radanı buraxmaq niyyətinə ilk etiraz onun tərəfdarlarından gəlib. Seçkilərdə Zelenskini dəstəkləyən Xalq Cəbhəsi hakim koalisiyanı tərk etməklə, parlamentin buraxılması müddətinin uzadılmasına zəmin yaradıb.
Qanunvericiliyə uyğun olaraq, Ali Radada parlament çoxluğunun təşkili üçün müəyyən edilmiş 1 aylıq müddət başa çatmayana qədər prezident Radanı buraxa bilməz.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol