ABŞ üzr istədi

ABŞ hökuməti İraqın şimalındakı Kərkük şəhərində aprelin 24-də hərbi təyyarənin səhvən etdiyi hava hücumuna görə Bağdad hökumətindən üzr istəyib.
Anews.az xəbər verir ki, ABŞ-ın İraq üzrə müşaviri Coey Hud Bağdadda Federal Polis Komandanlığını ziyarət edib. O, hava hücumu zamanı bir polisin ölməsi və ikisinin isə yaralanması ilə nəticələnən hücuma görə üzrxahlığını bildirib.
www.anews.az
























