• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident "İtirilən ərazilər qaytarılacaq"

Prezident "İtirilən ərazilər qaytarılacaq"
20.05.2019 12:34
"Ukrayna itirdiyi əraziləri qaytaracaq".

Anews.az ONA-ya  istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski andiçmə mərasimində çıxışı zamanı deyib. 
Zelenski bildirib ki, onun ilk vəzifələrindən biri Donbasda atəşkəsə nail olmaq olacaq.
"Bu həqiqətdir ki, tarix ədalətli deyil. Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik. Biz dialoqa hazırıq. Lakin mən əminəm ki, dialoqa başlamaq üçün ilk addım atılmalı və bütün ukraynalı əsirlər geri qaytarılmalıdır."

Yeni prezident Donbasda sülhə nail olmaq üçün öz postundan gedə biləcəyini qeyd edib: "Artıq bizim qəhrəmanlarımız ölməyəcək, mən hər şeyə hazıram. Mən zəif qərarlar verməyəcəyəm və əgər lazım olarsa, öz populyarlığımı itirməyə hazıram. Əgər sülh bərpa olunarsa, mən öz postumdan getmək üçün tərəddüd etməyəcəyəm. Biz hamımız ukraynalıyıq. Böyük və ya kiçik, həqiqi və ya yanlış ukraynalı yoxdur. Biz birləşməliyik, çünki bundan sonra biz güclü ola bilərik". 
Zelenski çıxışında qeyd edib ki, hər bir Ukrayna vətəndaşı ölkənin Avropa dəyərlərinə sadiq qalmasından məsuldur: "Biz Avropaya doğru yolu seçmişik, lakin Avropa haralardasa uzaqda deyil, Avropa buradadır. Avropa düşüncəsi bizim beynimizdədirsə, demək, o, Ukraynada da olacaq". 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol