• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorçular bu dəfə Məkkəni HƏDƏF ALDI: 299 nöqtəyə hücum...

Terrorçular bu dəfə Məkkəni HƏDƏF ALDI: 299 nöqtəyə hücum...
21.05.2019 14:49
Husilər müqəddəs Məkkə və Ciddə şəhərini ballistik raketlə hədəf alıblar.

Anews.az xəbər verir ki, bu iddia Səudiyyə Ərəbistanının "Əl-Ərəbiə” telekanalında səsləndirilib.
Xəbərdə Husilərin Yəməndən Səudiyyə Ərəbistanının Məkkə və Ciddə şəhərlərini ballistik raketlərlə hədəf alması, raketlərdən birinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Ciddə şəhərinin hava məkanında zərərsizləşdirilməsi, digərinin isə Taif şəhərində məhv edilməsinə dair video yayımlanıb.
Lakin Husilərin mətbuat katibi Yəhya Seri bu iddianı təkzib edib. Mətbuat katibi sosial media vasitəsilə yayımladığı açıqlamada bildirib ki, Səudiyyə hökuməti ilk dəfə belə iddia ilə çıxış etmir. O, xəbəri Məkkənin müsəlmanların qəlbindəki dini mövqeyini istismar edərək Yəmən xalqına qarşı işlənən cinayətlərin üstünü örtməyi hədəfləyən iddialar kimi dəyərləndirib.

Qeyd edək ki, İranın dəstəyi ilə Yəməndə fəaliyyət göstərən Husilər ötən gün Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini və bu ölkələrin Yəməndəki qərargahlarını əhəmiyyətli bazalarından ibarət 299 nöqtəyə hücum edəcəkləri ilə təhdid etmişdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 26 mart 2015-ci ildən bəri Yəməndə baş qaldıran vətəndaş müharibəsində iştirak edir, iqtidara dəstək olurlar. Husilər də buna cavab olaraq ölkənin fərqli bölgələrinə hava hücumu təşkil edirlər. Yəməndən atılan raketlərin əksəriyyəti Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilir.(publika)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol