İnstaqram istifadəçilərinə bəd xəbər

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen "Instagram” istifadəçilərinin məlumat bazasının internetdə yerləşdirilməsi haqqında məlumat verib. Məlumat bazasında tanınmış bloqer və brendlərin əlaqə informasiyası, həmçinin telefon nömrələri və elektron poçtları var.
Məlumat bazasında olan hər bir yazı əsasında "Instagram” hesabının dəyəri hesablanıb. "Chtrbox” reklam yerləşdirilməsinə görə "Instagram” istifadəçisinə ödəniləcək məbləği müəyyənləşdirmək üçün bu məlumatlardan istifadə edib.
Jurnalistlər internetdə yerləşdirilmiş məlumat bazasındakı bir sıra istifadəçi ilə əlaqə saxlayıblar. Onlar "Instagram”dakı hesablarının sazlanması üçün məlumat bazasında göstərilmiş telefon nömrələri və elektron poçt ünvanlarından istifadə etdiklərini təsdiq ediblər, amma "Chtrbox” şirkəti ilə hər hansı bir əlaqə olmasını təkzib ediblər.
www.anews.az
























