• $
  • €
  • ₽
  • ₺
  • £

Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı

Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı
14.09.2014 14:27

ABŞ-ın və dünyanın ən nüfuzlu nəşrlərindən biri olan "The New York Times" qəzeti "XXI əsrin ən cəsur və qorxmaz oğlanı"nı seçib. Həmin oğlan İraqda yaşayan Mustafa Səddam Hüseyndir. 

İraqın mərhum prezidenti Səddam Hüseynin 14 yaşlı nəvəsi amerikalı kommandosların Şeyx Nəffaf Zeydanın malikanəsinə hücumu zamanı onlara qarşı vuruşub.

Həmin anda Mustafa Səddam evdə sağ qalmış yeganə şəxs idi. Səddamın yanında atası Kusay, əmisi Uday və onların mühafizəçisi Əbdel Səmədin cəsədləri vardı.

Əməliyyatda iştirak etmiş amerikalı hərbçilərin dediklərinə görə, onlar evə girəndə Mustafa Hüseyn "qonaq"ları atəşlə qarşılayıb.

400 amerikalı kommandos evi mühasirəyə almışdı. Mustafanın atası və əmisi gözünün qarşısında öldürüləndən sonra yeniyetmə 40 dəqiqə atışıb və snayper tüfəngindən 14 amerikalı dəniz piyadasını öldürüb.

Bundan sonra Səddam Hüseynin nəvəsi ilə amerikalı kommandosların döyüşü 6 saat davam edib.

Amerikalılar sonda 14 yaşlı yeniyetməni qətlə yetirəndə saatlar ərzində bir oğlanla atışdıqlarına inana bilməyiblər.

"New York Times"ın reportyoru Robert Eysk yazır: "Əgər bizdə belə bir oğlan olsaydı, ona hər şəhərdə heykəl ucaldardıq. Onun cəsarətindən hər yerdə danışardıq və o, böyüyən nəslə örnək olardı".

Səddam Hüseynin nəvəsi barədə Avropa və Asiya mediası da çoxsaylı yazılar, şərhlər dərc edib. "AsiaTimes" isə "Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı" yazıb

Milli.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol