• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan sonra Qafqaz uğrunda mübarizə başlayacaq

Ukraynadan sonra Qafqaz uğrunda mübarizə başlayacaq
13.09.2014 14:17

“Ankara-Bakı-Tiflis arasında yaranmış yeni şəraitə uyğun olaraq fəaliyyətin koordinasiyasına ehtiyac yaranır”.

 

Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Bakıya səfərini şərh edərkən deyib. O, postsovet məkanı uğrunda mübarizənin genişləndiyini bildirib:

 

“Qaribaşvilinin Bakıya səfəri regional əməkdaşlığın, müştərək maraqların birgə qorunmasından ibarət ola bilər. Bu səfər həm də son günlər intensivləşən ikitərəfli əməkdaşlıqla da bağlıdır. Postsovet məkanı uğrunda geosiyasi mübarizə aktivləşir. Bu mübarizə Ukrayna ilə yekunlaşmır. Həmçinin Qafqaz amili də bu mübarizədə mühüm rol oynayır. Ona görə də bir az təsirlərin artması ehtimalı var. Görünür, yaranmış vəziyyətə uyğun olaraq Ankara-Bakı-Tiflis arasında yaranmış yeni şəraitə uyğun olaraq fəaliyyətin koordinasiyasına ehtiyac yaranır. Rusiyanın Qafqaza təsir etməsinin zəiflədilməsi ilə bağlı hər üç ölkənin birgə fəaliyyəti ilə bağlı məqam bir az müşkül məsələdir. Çünki hər üç dövlətin Rusiya ilə ayrı ayrılıqda münasibətlər formatı var. Buna görə də Rusiyaya qarşı birgə fəaliyyəti ehtimal etmək çətindir. Amma Moskvanın ambisiyalarının artacağı təqdirdə birgə qorunmaq məsələsi nəzərdən keçirilə bilər”. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol