• $
  • €
  • ₽
  • ₺
  • £

“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə Qarabağda yaşayan ermənilər belə hədələndi

“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə Qarabağda yaşayan ermənilər belə hədələndi
26.05.2019 20:24
Ötən gün mayın 25-də Yerevanda keçirilən mitinqdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın tərəfdarları, o cümlədən Dağlıq Qarabağın qondarma "prezidenti" hədələnib.
Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Yerevanın Azadlıq Meydanında Nikol Paşinyanın bir neçə min tərəfdarı toplanıb. Onlar Paşinyanın məhkəmə sistemində islahatlara dair təşəbbüsünə dəstək veriblər. Mitinq Yerevanın mərkəzi küçələrində yürüşlə yekunlaşıb.
Aksiyanın təşkilatçılarından biri Civan Abramyan deyib ki, məhkəmə sistemində islahatlar korrupsioner məmurları yerində oturdacaq. Onun sözlərinə görə, hazırkı məhkəmə sistemi keçmiş rejimdən asılıdır və siyasi sifarişləri yerinə yetirir.
Civan Abramyan çıxışında Robert Köçəryana dəstək verdiyi üçün Dağlıq Qarabağın qondarma "prezidenti" Bako Saakyanın və digərlərinin "başını daşla əzmək" barədə danışıb. O deyib ki, insanları Robert Köçəryanın tərəfdarlarının, Bako Saakyan da daxil olmaqla, başını daşla əzməyə çağıra bilərlər.
Saakyanın xüsusi işlər üzrə köməkçisi Arşavir Qaramyan Civan Abramyanın çıxışının videosunu sosial şəbəkədə paylaşaraq buna "hüquqi qiymət verilməsinə" çağırıb.

Hakim "Mənim addımım" blokunun nümayəndələri-parlamentin vitse-spikeri Aln Simonyan və deputat Mxitar Ayrapetyan isə Qaramyanın yazdıqlarına cavab olaraq bildiriblər ki, Yerevandakı mitinqin təşkilatçılarını tanımırlar.
Məlumatlara görə, Köçəryanın əleyhdarlarının mitinqi zamanı para.tv internet kanalının jurnalisti bıçaqlanıb. Bu insidentin təfərrüatları məlum deyil.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol