Prezidentin köməkçisi həyat yoldaşını öldürdü - Dəhşətli ailə faciəsi - Foto

İranın sabiq prezident köməkçisi və Tehranın sabiq bələdiyyə sədri Məhəmməd Əli Nəcəfi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirib.
Hazırda prezident Həsən Ruhaninin kabinetində yer alan Nəcəfi cinayəti özü etiraf edib. Baş prokurorluqdan verilən məlumata görə, cinayət ailə münaqişəsi zəmnində baş verib.
"İnsafnews" xəbər saytının müxbiri Pərisa Salehi hadisənin baş verməsindən sonra sosial media hesabında "Nəcəfinin həyat yoldaşı dünən saytımıza zəng etdi və bizə müsahibə vermək istədiyini dedi. Bu gün ofisimizə gələcəkdi, amma eyni gün öldürüldü” sözlərini yazmışdı.

www.anews.az
























