• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ türk pilotların təlimini dayandıra bilər

ABŞ türk pilotların təlimini dayandıra bilər
29.05.2019 10:55
Ankranın Rusiyadan "S-400” zenit-raket kompleksləri almaq planı ilə əlaqədar ABŞ türkiyəli pilotların "F-35” qırıcı-bombardmançılarının idarə olunması ilə bağlı təlimlərini dayandıra bilər.
Bu barədə "Reuters” məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Pilotlar ABŞ-ın Arizona ştatında yerləşən "Luke” aviabazasında hazırlıq keçir.

Təlimlərin dayandırılacağı təqdirdə pilotların ölkəni dərhal tərk edəcəyi, yoxsa yekun qərar çıxana qədər bazada gözləyəcəyi hələ aydın deyil.
Adlarının anonim qalmasını istəyən iki mənbə yekun qərarın hələ qəbul olunmadığını bildirib.
Bundan əvvəl rəsmi Ankara Rusiyadan "Triumf”ların tədarükündən imtina etməyəcəyini bildirib. Zenit-raket komplekslərinin ilk partiyası iyul ayında Türkiyəyə daxil olacaq.
ABŞ "S-400” sistemlərinin NATO standartlarına uyğun gəlmədiyini bildirir və Ankaranı sanksiyalarla hədələyir. Onlar bununla əlaqədar Türkiyəyə "F-35” qırıcılarının tədarükü prosesinin ertələnəcəyini və ya tamam təxirə salınacağını istisna etmir.(oxu az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol