Bill Qeyts "Ebola"ya müharibə elan etdi - 50 milyon dollar

Dünyanın ən varlı şəxslərindən biri və "Microsoft" şirkətinin yaradıcısıdır Bill Qeyts ebola ilə mübarizə üçün 50 milyon dollar bağışlayıb. Fond bundan əvvəl də eyni məqsədlə 10 milyon dollar ayırmışdı.ANN.Az türk mediasına istinadən xəbər verir ki, Bill və Melinda Qeyts Fondu bugünə qədər xeyriyyə məqsədilə atdığı addımların ən irisinə imza atır. 50 milyon dollar bağışlayan fond öldürücü virusun qarşısının tezliklə alınması arzularını dilə gətirib.Fond idarəçilərindən biri Kris Eliyas ötən 7-10 gün ərzində xəstəliyin sürətlənməsi və ölənlərin sayının xeyli artmasını müçahidə etdiklərini bildirib. O, vəsaitin BMT və Ümumdünya Səhiyə Təşkilatının hesabına köçürüldüyünü açıqlayıb.ANN.Az
























