• $
  • €
  • ₽
  • ₺
  • £

Suriya hökuməti: ABŞ-la əməkdaşlıq etmək istəyirik

Suriya hökuməti: ABŞ-la əməkdaşlıq etmək istəyirik
12.09.2014 12:51

ABŞ İŞİD-ə qarşı mübarizəni genişləndirəyini bəyan edəndən sonra, bəzi siyasətçilər və politoloqlar Suriya rejiminin başçısı Bəşər Əsədin bundan istifadə edəcəyindən narahatlıq keçirirdilər. Prezident Barak Obama isə dünənki çıxışında belə düşünənləri rahatladaraq açıqca qeyd etdi ki, radikal qruplaşmayla mübarizədə ABŞ heç bir halda Suriya hökumətiylə əməkdaşlıq etməyəcək.

ANN.Az-ın "Slate.com"a istinadən xəbər verir ki, Obama çıxışında bildirib: "İŞİD-lə mübarizədə biz öz xalqına qarşı terror törədən və legitimliyini birdəfəlik itirən Bəşər Əsəd rejiminə güvənə bilmərik". Vaşinqton əksinə, Suriya müxalifətinə dəstəyini artıracaq. 

Suriya rejiminin xarici işlər naziri Faysal Mekdad terrora qarşı mübarizədə özünün yeni "doslarını" salamlayıb. 

"Terrorizm məsələsinə gələndə biz fikir ayrılıqlarını unutmalıyıq... keçmişi unutmalıyıq... Biz danışıqlara hazırıq", - Makdad deyib. 

Suriya hökuməti hələ aylar əvvəl İŞİD-i bombalaya bilərdi, ancaq rejim beynəlxalq ictimaiyyətin bu məsələyə qoşulmasını gözlədi. 

Suriyanı hökumətini dəstəkləyən Rusiyanın BMT-dəki təmsilçisi Vitali Çurkin isə açıqlamasında bildirib ki, əgər ABŞ Suriya hökumətinin razılığı olmadan, Suriya ərazisini bombalasa, bu, "beynəlxalq əlaqələrə xələl gətirəcək, Rusiya və Çin də daxil olmaqla, beynəlxalq hüquqa hörmətlə yanaşan ölkələrə problemlər yaradacaq". 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol