Rus rublu sürətlə çökür

Rusiyaya qarşı Qərbin iqtisadi-maliyyə sanksiyaları genişləndikcə milli valyuta olan rubl da dəyərdən düşməkdə davam edir.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Avropa Birliyinin sentyabrın 12-də qüvvəyə minəcək yeni sanksiyalar paketi ilə bağlı yayılan xəbər dərhal rublun məzənnəsində təsir edib və bu gün rekord həddə dəyərsizləşmə qeydə alınıb – 1 dollar üçün 37,51 rubl.
Bu barədə Moskva birjalarından məlumat verilib. Avronun kursu da qalxıb və 48,45 rubl / 1 avro həddində qərarlaşıb.
ANN.Az
























