Aydın Mirzəzadə: “Hələ tezdir” - AÇIQLAMA

Aydın Mirzəzadə Rusiyanın Ukrayna böhranında birbaşa iştirak etmədiyini deyir və qeyd edir ki, bu gün rus qoşunları Ukrayna ərazisində yoxdur, rus diplomatlar birbaşa məsələyə müdaxilə etmirlər: "Burada problem Donetsk və Luqansk vilayətinin rus icmasının Ukrayna hakmiyyətinə qarşı müstəqillik tələbidir.Minskdə atəşkəs imzalansa da, hələ də tərəflər ziddiyyətli mövqelərdən çıxış edirlər. Rusiya vaxtaşırı verdiyi bəyanatlarda bu işə birbaşa müdaxilə etmədiyini söyləsə də, ancaq orada yaşayan əhalinin mövqeyini müdafiə etdiyi də nəzərə çarpır. Məsələnin həlli isə Avropa Birliyi, Ukrayna və Rusiya üçtərəfli danışıqlarından asılıdır. Çünki konflikt Ukraynanın Avropa Birliyinə assosiasiyalı üzvlük barəsində saziş imzalama istəyinin elan etməsindən sonra başladı. Rusiya, Ukraynanın Avropa Birliyinə üzv qəbul edilməsi ilə AB-nin onunla birbaşa sərhədlərinin yaxınlaşmasından ehtiyat edirdi".
Məsələnin həllinə gəlincə, YAP funksioneri bildirib ki, Ukrayna daxilində geniş federallaşmanın aparılması çıxış yollarından biri ola bilər: "Düzdür, Ukrayna unitar dövlətdir və Ukrayna rəsmiləri hər hansı federallaşma fikrini yaxın buraxmırlar. Amma Ukraynada Qərbi, Mərkəzi və Şərqi Ukrayna anlayışlarının olması heç kəsə sirr deyil. Qərbi Ukrayna Avropaya meyilli, Mərkəzi Ukrayna hər iki variantı qəbul edir, Şərqi Ukrayna isə Rusiya ilə sıx əlaqələrin tərəfdarıdır. Belə olan halda üçünün də eyni mövqeyindən danışmaq bir qədər çətindir.”
ANN.Az
























