Təriqət lideri qızlarına təcavüz etdi - HƏBS

İsa Məsih olduğunu iddia edən israilli Goel Ratzon uzun illər boyu 21 arvadı və 38 uşağıyla qeyri-insani rəftar edib.
ANN.Az-ın "The Times"a istinadən verdiyi xəbərə görə, 64 yaşlı Ratzon nəinki xanımlarına, hətta qızlarına da cinsi təcavüz edib. Hadisənin faş olmasına səbəb, Ratzonun işgəncələrə dözə bilməyən arvadlarından birinin polisə şikayət etməsi olub. Polis təriqət liderinin yaşadığı mənzilə basqın edib.
Evdə aparılan araşdırmalar zamanı polis dəhşətli mənzərəylə üzləşib. Arvadlarını zorla işləməyə və özünün seksual fantaziyalarını reallaşdırmağa məcbur edən Ratzon həbs edilib. O, qarşıdakı günlərdə məhkəmə qarşısına çıxarılacaq.
ANN.Az
























