Abramoviç 1.2 milyard dollarlıq yaxtası ilə Türkiyədə

Türkiyənin Muğla vilayətinə bağlı Bodrum şəhərinin çox məşhur bir qonağı var. Bu, rusiyalı milyarder, "Çelsi" futbol komandasının qonağı Roman Abramoviçdir. "Eclipse" adlı 160 metrlik uzunluğa malik yaxtası ilə Ege dənizinə gələrək Kos adasına keçib. Rus milyarderin mühafizəçiləri yaxtanın ətrafında təhlükəsizlik tədbirlərini çox güclü qurublar. Türk mətbuatı bunu belə ifadə edib: "Yaxta üzərindən quş uça bilməz".Bir müddət Ede kəndlərini gəzərək tətil edəcəyi deyilən rus milyarder ötən il də yay istirahəti üçün Bodrumu seçmişdi.Abramoviçin yaxtası haqqında: 160 metr uzunluğunda olan nəhəng yaxta dünyanın ən böyük yaxtaları arasında yer alıb. "Eclipse" adlı megayaxta hərbi keyfiyyətlərə də malikdir. İki helikopter, üzmə havuzu, SPA, 2 sürət qayığı, 2 mini dənizaltısı olan meqayaxtanın xarici tamamilə zirehlidir, şüşələri gülləkeçirməzdir. Bəlkə də bilmədiyimiz digər özəlliklərə də sahibdir.
ANN.Az
























