2 min uşaq yetim qaldı

İsrailin Qəzzada apardığı 51 günlük hərbi əməliyyatlardan sonra 2 minə yaxın uşağın yetim qalması faktı ortaya çıxıb.Fələstinin Sosial İşlər Nazirliyinin rəsmisi İtimad et-Tarşavi jurnalistlərə açıqlamasında bildirib ki, son hadisələrdən sonra 2 minə yaxın uşaq ya anasını, ya atasını, ya da hər iki valideynini itirib.Tarşavi atəşkəsdən sonra bu statistikanın hazırlanmasınını xeyli vaxt apardığını deyib: "Arxasında faciələrlə dolu, minlərcə ölü və yaralısı olan Qəzza reallığından bəhs edirik. Hətta bombardman nəticəsində bütün fərdlərinin həlak olduğu ailələr var".Nazirliyin rəsmi açıqlamasına görə, son statistikanını da əlavə olunması ilə Qəzzada 20 min yetim uşağın olduğu deyilir.
ANN.Az
























