"İŞİD-ə bağlı dini qruplar bağlansın!" - Alman nazir

Almaniyada radikal dərnəklər, xüsusilə də İŞİD simvollarını daşıyan qruplaşmalar bağlanacaq.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, belə bir açıqlama ilə Almaniya daxili işlər naziri Tomas de Maiziyera çıxış edib. Parlamentdə çıxış edən nazir indiyə kimi Almaniya daxilində İŞİD-ə qarşı görülən tədbirlər haqqında açıqlama verib. O, islamçı radikalizmin ictimai təhlükəlilik dərəcəsini aşdığından, mühafizəedici tədbirlərin götülməsinin lazımlılığından bəhs edib.Nazir İŞİD-ə qarşı simpatiyası olan sələfi müsəlmanların təxminən 6 minı qədərinin Almaniyada yaşadığını bildirib.Onun sözlərinə görə, radikal islama qarşı görüləcək tədbirlərin başında dini dərnəklərlə bağlı qanuna dəyişiklik edilməsi dayanmalıdır. Bu dəyişikliklərlə İŞİD-i dəstəklədiklərinin, yaxud simpatiya duyduqlarının üzə çıxarılacağını vurğulayan Tomas de Maiziyera radikal müsəlman qruplaşmalarının asanlıqla bağlana biləcəyini söyləyib.Nazir 2012-ci ildən bəri Suriya və İraqda 400-dən çox alman vətəndaşının döyüşməsi faktına diqqət çəkib. O, həmin adamlardan 100 nəfərinin kin duymağı və adam öldürməyi öyrəndikdən sonra təkrar Almaniyaya döndüklərini bildirib. Tomas de Maiziyera bu şəxslər arasında ciddi bağlantı olduğunu, amma onların "cihad"ının Almaniyada tətbiq edə bilməyəcəklərini bəyan edib. Xristian demokrat olan nazir "Alman əsgərləi İraqda kürdlərin yanında dayanıb İŞİD-ə qarşı döyüşmürsə, Almaniyadan kiçi və qadınların İŞİD-in yanında kürdlərə. yezidilərə, xristianlara qarşı döyüşmələrinin qarşısını almağa borcluyuq" - deyərək çıxışına son verib.
ANN.Az
























