• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq deputatın vəziyyəti pisləşdi - suni nəfəs aparatına qoşulub

Sabiq deputatın vəziyyəti pisləşdi - suni nəfəs aparatına qoşulub
14.06.2019 00:21
Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib ki, əgər hakimiyyət lazımi tədbirlər görməsə, müvəkkilinin hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Bu barədə "News Armenia” məlumat yayıb.
Vəkilin sözlərinə görə, M.Qriqoryanın vəziyyəti daha da pisləşib. Belə ki, onun ayaqlarını amputasiya etmək lazım olacaq. Hazırda sabiq deputat süni nəfəs aparatı ilə yaşayır.
Baqdasaryan, müvəkkilinə qarşı qanunu pozanların cəzalandırılmasını tələb edib. O, əks halda hakimiyyəti Avropa Məhkəməsinə şikayət edəcəyi ilə hədələyib.

Qeyd edək ki,  vəkil tez-tez belə çıxışları ilə medianın gündəminə gəlir.O M.Qriqoryanın səhhətinin ona qarşı kobud rəftar və işgəncə verilməsi səbəbindən pisləşdiyini iddia etmişdi:
"Onun həyatı təhlükədədir, lakin gözləyirlər ki, ölsün və bundan sonra günahkar axtarmağa başlasınlar. Təəssüf ki, Ermənistanda belə "mədəniyyət” olub və hələ də qalır”.
Xatırladaq ki, ötən il iyunun 19-da M.Qriqoryan qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Dekabrda birinci instansiya məhkəməsi girov müqabilində azadlığa buraxılması barədə qərar versə də, Qriqoryan sonradan yenidən həbsə atılmışdı.
Ermənistan müdafiə nazirinin sabiq müavini M.Qriqoryan Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı istiqamətində aparılan əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib. Həmçinin o, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürmüşdü.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol