• $
  • €
  • ₽
  • ₺
  • £

3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı

3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı
18.06.2019 15:31
Qazaxıstanın Almata şəhərində Azərbaycan vətəndaşı, 3 uşaq anası Bəturə Məmmədova soyğunçuluq məqsədi ilə qaçırılıb və qətlə yetirilib.

Virtualaz.org xəbər verir ki, bu barədə Qazaxıstan KİV-lərinin reportajında bildirilir.
Gözəllik salonunda kosmetoloq işləyən 40 yaşlı Bəturənin yoxa çıxması haqda xəbər saytlarda bu ilin may ayının sonlarında çıxıb. Xəbərdə deyilirdi ki, qadın mayın 27-də axşam saat 8 radələrində işdən çıxıb və o vaxtdan bəri onu görən olmayıb. 18 gün sonra isə məlum olub ki, Bəturə Məmmədovanı soyublar və vəhşicəsinə qətlə yetiriblər.

Bəturənin atası Babək Məmmədov deyir ki, onlar qohumları ilə birlikdə Bəturənin bütün hərəkət marşrutunu izləyiblər. Yoxa çıxmazdan qabaq kimlərlə təmasda olduğunu öyrəniblər və qiymətli şahid ifadələri əldə ediblər. Məlum olub ki, qadın işdən çıxandan sonra fərdi sərnişindaşıma ilə məşğul olan sürücünün avtomobilinə əyələşib."Biz hətta kənddən şahidlər tapdıq ki, hər şeyi gözləri ilə görmüşdülər. Onlar qadının necə qışqırdığını, "kömək edin, öldürürlər” dediyini eşidiblər. Onlar bizə hətta maşının nömrəsini də dedilər. Sonra biz şahidlərin danışdıqlarını polisə çatdırdıq. Dedilər axtarırıq, axtarmaqda davam edəcəyik. Amma dedilər ki, belə maşın yoxdur, tapılmayıb”-atası danışır.

Bəturənin qohumları anlaşılmazlıq içində idilər, çünki onlar polisə Bəturəni aparan maşının nömrəsini, ehtimal olunan cinayətkarların əlamətlərini demişdilər. Ancaq iş ölü nöqtədən tərpənmirdi. Nəhayət onlar çarəsiz qalaraq Azərbaycanın Qazaxıstandakı səfirliyinə müraciət ediblər. Səfirliyin işə qarışmasından sonra polis tezliklə işin üstünü açıb.

"Bir sutka ərzində tapdılar. Hansı ki, 15 gündür bizə deyirdilər axtarırıq, tapa bilmirik.İliysk rayon polisində də belə demişdilər. Belə çıxır ki, biz səfirliyə müraciət etməsək onlar heç bir cinayət işi qaldırmağa hazırlaşmırdılar”,-Babək Məmmədov deyir.
Belə məlum olub ki, qadını onun icarəyə götürdüyü taksidə soyğunçuluq məqsədi ilə öldürüblər. Cinayəti törədənlər isə Almaatadan olan ər-arvaddır. Belə ki, ər kirayəyə götürdüyü avtomobillə guya taksi xidməti göstərmək adı altında potensial qurbanlar axtarırmış, arvadı isə özünü müştəri kimi qələmə verirmiş ki, potensial qurban qurulmuş tələdən duyuq düşməsin.

Onlar müştəri kimi maşına oturan Bəturənin üstündəki pulu və qızıları götürüblər, qadını soyuqqanlı şəkildə öldürüblər və cansız bədənini bütün Almatadan keçməklə İliysk rayonundan Almata vilayətinin Karasay rayonuna aparıblar. Orada cəsədi Bereke qəsəbəsi yaxınlığında basdırıblar. Ekspert-kriminalistlər qurbanın bədənində 8 bıçaq yarası aşkar ediblər.
Bəturə Məmmədovanın cənazəsini dəfn olunmaq üçün Azərbaycana göndəriblər. O, Qazaxıstan vətəndaşlığı almaq arzusu ilə yaşayırmış. İş yoldaşı Akmarjan Rskaliyeva deyir ki, Bəturə istiqanlı, hamıya kömək etməyə çalışan və özünə karyera qurmaq istəyən, plastik cərrah olmağı arzulayan qadın idi...


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol