• $
  • €
  • ₽
  • ₺
  • £

İran prezidenti hicab və internet qadağasını tənqid etdi

İran prezidenti hicab və internet qadağasını tənqid etdi
08.09.2014 17:30

Həsən Ruhani: “Gəncləri inandırmaqdan başqa bir yolumuz yoxdur”

İranda hicab qadağası və internet filtirləmələrinə qarşı çıxan İran prezidenti Həsən Ruhani  növbəti dəfə məcburi qadağalara qarşı olduğunu bəyan edib. İran prezidentinin rəsmi saytının məlumatına görə, Məşhəd şəhərində yerli fəallarla görüşdə etdiyi çıxışında Ruhani biri sıra məsələlərə, o cümlədən dini qadağalar, korrupsiyaya qarşı mübarizə məsələlərinə toxunub. “İctimai dəyərlər və baş örtüyünün əsgər və polis vasitəsilə təmin oluna bilmədiyini bu günə qədər təcrübədən keçirdik. Bu sahədə əsgər və polisin yerinə alimlərimiz, ziyalılarımız və universitet müəllimləri olmalıdır. Biz necə bir təbliğat və təşviqat metodundan istifadə edirik, əsgər və polisləmi? Bu işin başqa bir yolu yoxdurmu?”, – deyə İran prezidenti bildirib.

İran prezidenti qeyd edib ki, elə şeylər var ki, onları zorla etmək olmaz. İslamın yaxşılığa dəvət, pislikdən çəkindirmək (“əmr bil məruf və nəhy ənil munkər”) prinsipinə əsasən ictimai əxlaqi qaydalar ilk növbədə təbliğ yolu ilə xalqa çatdırılmalıdır. Yalnız bundan sonra qadağa və qanunların tətbiq oluna biləcəyini qeyd edən H. Ruhani : “Allaha and olsun ki, bu gün yaşadığımız dünyada gəncləri inandırmaqdan başqa bir yolumuz yoxdur. Zorla olmur. Onu bağlatmaqla, bunu qadağan etməklə bir nəticə əldə etmək mümkün deyil. Divar çəkmək və filtrləməklə işin həll olunacağına zənn edirsiniz. Siz filtr tətbiq edirsiniz, onlar isə filtr qırma proqramı düzəldirlər. Bu problemlər qadağalarla həll olunmaz, əgər həll olunsaydı, bu günə qədər həllini tapardı”,  – deyə bildirib. 

Bundan başqa korrupsiyaya qarşı mübarizəyə toxunan Həsən Ruhani bildirib ki, korrupsiyaya qarşı mübarizə və ölkənin inkişafı ilə bağlı fəaliyyətində heç bir şəxs və qurumdan qorxmadan fəaliyyətini davam etdirəcək. Ruhani bildirib ki, “dövlət korrupsiyaya qarşı mübarizədə texnologiyanın bütün imkanlarından istifadə etməlidir”. 

Musavat.com

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol