• $
  • €
  • ₽
  • ₺
  • £

Atəşkəs təhdid altında: Ölkə parçalanır

Atəşkəs təhdid altında: Ölkə parçalanır
08.09.2014 17:21

Ukraynada atəşkəs elan olunsa da, ölkədə sabitlik yenidən pozula bilər.

 

Axar.az xəbər verir ki, Şərqi Ukraynada müstəqilliyini elan edən qondarma Luqansk Xalq Respublikasının lideri İqor Plotnitski Minsk protokolunu imzalamalarının müstəqillik iddialarından imtina mənasını vermədiyini bildirib.

 

Ukrayna ordusunun bölgədən çıxmasının tərəfdarı olduğunu deyən Plotnitski rus dilinin bölgənin rəsmi dili olacağını vurğulayıb.

 

Avropa Birliyinin (AB) Rusiyaya qarşı əlavə sanksiya qərarının tətbiq olunması və Kiyevin AB ilə iqtisadi əməkdaşlıq razılaşmasını təsdiqləməsi Kiyev-Moskva xəttində yeni qırılma nöqtələri ortaya çıxara bilər.

 

Bu arada Ukraynanın şərqində davam edən vətəndaş müharibəsini sona çatdırmaq üçün Minskdə imzalanan 12 maddəlik protokol açıqlanıb.

 

Ukrayna, Rusiya, ATƏT-in nümayəndələri və yerli bölgələrin-Luqansk və Donetsk nümayəndələri yol xəritəsini təyin ediblər. Qismən qarşıdurmalar baş versə də, ümumən atəşkəs tətbiq olunmağa başlayıb. Əsir mübadiləsi, ümumi əfv və humanitar yardımların çatdırılmasından sonra Kiyev rəhbərliyi qanuna dəyişiklik edərək Şərq Ukraynaya xüsusi status verəcək. Donetsk və Luqanskda erkən seçkilər keçirilərək yerli rəhbərliklər yaradılacaq. Bundan başqa ATƏT-in müşahidəçiləri Rusiya-Ukrayna sərhədinə nəzarət edəcək, Rusiya da separatçılara silah-sursat gömdərilməsini dayandıracq.

 

Protokolda yer alan ən əhəmiyyətli məqam isə qarşılıqlı olaraq məhbus və girovların sərbəst buraxılmasıdır. Mindən çox ukraynalı əsgərin separatçılarda, 200-dən çox separatçının isə Kiyevin əlində olduğu bildirilir. Bu gün səhər saatlarından başlayaraq əsirlərin təhvil verilməsi başlayıb.

 

Protokolda yer alan digər məqam isə tərəflərin hərbi güc vasitələrini geri çəkməsidir. Ukrayna ordunu şəhər mərkəzlərindən kənara çəkəndən sonra separatçılar da silah-sursatlarını təhvil verəcək.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol