Almaniyada "Şəriət polisi" yaradıldı - Əhali şokdadır

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindəki Vuppertal şəhərində radikal sələfi qrupun yaratdığı qondarma "Şəriət Polisi" əhali arasında təlaşa səbəb olub.
ANN.Az-ın Türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət öncə peyda olan "Şəriət polisi" Vuppertalın küçələrinə düşərək, gənclər arasında propoqanda aparır. Bəzən üzərlərinə "Şəriət polisi" yazılmış çəhrayı rəngli uniforma geyinən sələfilər propaqanda aparmaq üçün xususilə gecə klublarının, pabların qarşısında toplaşırlar. Gəncləri islama dəvət edən sələfilər onları içki, siqaret, qumar, narkotik, musiqi, konsert və siqaretdən uzaq durmağa çağırırlar. Qrup çəkdikləri video kadrları sonradan internetdə yayırlar. Alman polisi isə həmin qrup haqqında artıq araşdırmalara başlayıb.
Bu barədə xəbərlər yayılandan sonra, əhali arasında təlaş yaranıb. Hətta vəziyyət o yerə çatıb ki, polis idarələri əhalinin zənglərinə cavab verməyə çatdırmadığından əlavə qaynar xətt yaradılıb.
"Şəriət Polisi" alman siyasətçilərin də sərt reaksiyasına səbəb olub. Almaniyanın Daxili işlər naziri Tomas de Meyzer bu barədə "Bild" qəzetinə açıqlama verib: "Bu torpaqların üzəriəndə şəriətə dözümlülük göstərilməyəcək. Heç kim alman polisin adına ləkə salmağa cürət etməməlidir". Nazir "Şəriət polisi"nə qarşı tədbirlər görüləcək deyib.
Ədliyyə naziri isə qanundan kənar paralel hüququn qəbuledilməz olduğunu bildirib.
ANN.Az
























