• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin qətlinin səs yazısı yayıldı: İlk dəfədir, cəsədi yerdə kəsirəm

Jurnalistin qətlinin səs yazısı yayıldı: İlk dəfədir, cəsədi yerdə kəsirəm
20.06.2019 12:31


Birləşmiş Millətlər Təşkilatının qanunsuz edam qərarları haqqında xüsusi məruzəçisi Aqnes Kallamard səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı hesabat hazırlayıb. 
Haber7.com xəbər verir ki, hesabatda C.Kaşıkçının qətlindən əvvəlki səs yazılarının stenoqramı dərc olunub.
Səs yazısında jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra qatillərlə söhbəti əksini tapıb.

Dialoq belə baş tutub:
Qatil: Səni Səudiyyə Ərəbistanına aparmağa gəlmişik. Barəndə həbs qərarı var. Bayırda səni gözləyənlərə mesaj göndər və gəlməyəcəyini de!

Kaşıkçı: Onlara nə deyim? "Yaxın vaxtlarda görüşərik? Qaçırılıram?” Elə mesaj göndərməyəcəyəm.

Qatil: Mesajı dərhal yaz! Tələs! Bizə kömək etməsən, bunun necə nəticələnəcəyini bilirsən.

Kaşıkçı: Masanın üstündəki dərmanlar mənim üçündür?

Qatil: Səni keyləşdirəcəyik.

Bu dialoqdan sonra dava səsləri eşidilir.
Bir neçə dəqiqə sonra qatillər öz aralarında söhbət edir:
- Cəsədi paketlərə yığaq?

- Yox, onda ağır olacaq.

- Problem deyil. 

- İlk dəfədir ki, yerdə kəsirəm. Cəsədi hissələrə bölüb paketlərə yığsaq, işimiz bitəcək. Hər parçanı ayrı-ayrı paketlərə yığaq.

Bundan əvvəl isə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd əl-Uteybi hələlik şəxsiyyəti məlum olmayan bir nəfərlə söhbət edib. Söhbət zamanı həmin şəxs Səudiyyədən bir qrup insanın konsulluqda 2-3 günlük işinin olacağını bildirib. 

Qeyd edək ki, C.Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol