İmamoğlu türklərlə, kürdlərlə, yəhudilərlə yanaşı ermənilərə də təşəkkür etdi

İstanbul Böyükşəhər Bələdiyyə Başqanı seçkilərində 45,9 faiz səs toplamış Binəli Yıldırıma qarşı 53,03 faiz səslə CHP namizədi Əkrəm İmamoğlu qalib gəldi.
Anews.az Bizimyol.info-ya istinadan xəbər verir ki, nəticələr açıqlandıqdan sonra Binəli Yıldırım qalibi təbrik edib. Əkrəm İmamoğlu mətbuat konfransında bütün İstanbullulara təşəkkür etdi. Eyni zamanda o, "İstanbullular” deyərkən burada yaşayan millətlərin nümayəndələrinə adbaad təşəkkürünü bildirdi. Bu zaman türklərlə, kürdlərlə, yəhudilərlə yanaşı ermənilərin də adını çəkdi.
www.anews.az
























