Məşhur "qanuni oğru" həbsxanadan qaçdı - FOTOLAR

23 il axtarışlardan sonra iki il əvvəl Uruqvayda həbs olunan məşhur "qanuni oğru” Rokko Morabito həbsxanadan qaçıb.
Anews.az "euronews”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd edək ki "Kokain kralı” ləqəbi ilə tanınan Rokko 23 il axtarışlardan sonra 2017-ci ildə Uruqvayın paytaxtı Montevideoda həbs olunmuşdu. O, yaxın günlərdə İtaliyaya ekstradisiya olunmalı idi. "Kokain kralı” Cənubi Amerika ölkələri və İtaliya arasında qaçaqmalçılıqda ittiham olunur.(redaktor)




www.anews.az
























