Pentaqon təhlükəli terror təşkilatının liderini məhv etdi

Pentaqon hava zərbəsi nəticəsində “Əş-Şəbab” terror qruplaşmasının təsisçisi Əhməd Qodanın öldürüldüyünü bəyan edib.APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Pentaqonun rəsmi açıqlamasında belə deyilir.“Əş-Şəbab”ın təsisçilərindən biri Əhməd Qodanın məhv edildiyi barədə məlumatı təsdiqləyirik”, - Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.
Sentyabrın 2-də ABŞ-ın Somalidə “Əş-Şəbab” qruplaşmasına qarşı hərbi əməliyyat keçirməsi barədə məlumat yayılmışdı.
ANN.Az
























