Nazirliyin binası qarşısında terror- çoxlu sayda yaralı var

Əfqanıstanın paytaxtı Kabildə terror hücumu baş verib.
Anews.az Publika.az-a istinadan xəbər verir ki, silahlı hücumçular Müdafiə Nazirliyinin binası qarşısında bomba yüklü avtomobili partladıb. Nəlticədə, 50 nəfər yaralanıb.
Hücumun Taliban təmsilçilərinin Qətərin paytaxtı Dohada amerikalı nümayəndələrlə sülh prosesinə dair müzakirələr apardığı zamanda baş verməsi diqqət çəkib.
www.anews.az
























