ABŞ hərbçilərini Ukraynaya göndərir

ABŞ hökuməti 200 hərbçisini sentyabrın 13-26-da Ukraynada keçiriləcək “Rapid Trident” adlı hərbi təlimlərə göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Stiven Uorren məlumat verib.
Onun sözlərinə görə, Pentaqon təlimlərə İtaliyada yerləşən 173-cü piyada diviziyasının əsgərlərini göndərəcək.
Məlumatda bildirilib ki, bu addım NATO üzvü olmayan Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçündür. Təlimlər sülhməramlı olacaq və döyüş güllələrindən istifadə olunmayacaq.
ANN.Az
























