176 əsgər həbs edildi - Terror təhlükəsi

Türkiyədə 176 əsgər tutulub.
Anews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan FETÖ sılahlı terror təşkilatı istintaqı çərçivəsində 176 əsgər həbs edilib.
Aparılan əməliyyatda 1 polkovnik, 2 podpolkovnik, 5 mayor, 7 kapitan, 100 baş leytenant, 18 leytenant və 43 çavuş gözaltına alınıb.
İstanbul Baş Prokurorluğundan edilən açıqlamada bildirilib:
"Fətullahçı terror örgütünün Türkiyə ordusu daxilinə sızmış və hələ də deşifrə olmayan mənsubları sayca çevrilişə qatılanlardan çoxdur. Bu səbəbdən bu terror təşkilatı konstitusiya düzəni üçün ən təhlükəli terror təşkilatıdır".(metbuat)www.anews.az
























