• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oğrudan Türkiyədə həmyerlisinə qarşı - DƏHŞƏTLİ ƏMƏL - VİDEO

Azərbaycanlı oğrudan Türkiyədə həmyerlisinə qarşı - DƏHŞƏTLİ ƏMƏL - VİDEO
11.07.2019 13:16
Türkiyənin Küçükçekmece bölgəsində özünü polis kimi təqdim edərək evlərə girib turistləri qəsb edən şəxslərə qarşı əməliyyat keçirilib.
 
Anews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 1 nəfər saxlanılıb, digər şübhəlini yaxalamaq üçün axtarışlar davam etdirilir. Belə ki, polislər cinayətkarları yaxalamaq üçün hadisə yerindəki kamera görüntülərini izləyərək onların kimliyini müəyyən ediblər. Onların həyata keçirdiyi əməliyyatlar nəticəsində bu hadisələrin məsul şəxsi kimi tanınan Röyal A. saxlanılıb. Digər şəxs hələ də axtarışdadır. 

Türkiyəyə saç əkdirmək üçün gedən azərbaycanlı D.Z.Havid orada Röyal A. ilə tanış olub və mayın 12-də onun evinə gedib. 
İddialara görə, Röyal A. onu evdə qoyub ayrıldıqdan qısa müddət sonra  evə maskalı və əlində bıçaq olan bir şəxs girib. D.Z.Haviddən 2100 dollar, 20 min rubl və bir ədəd telefon oğurlayıb. Bu hadisədən sonra Röyal A. evə gələrək heçnə olmamış kimi davranıb.

Şübhəlilərin həyata keçirdiyi ikinci cinayət isə 10 iyun tarixində gerçəkləşib. Əldə olunan məlumatlara görə İran vətəndaşı Hamidi G. dostu ilə evində olarkən qapı döyülüb və o qapını açıb. Özlərini polis kimi qələmə verən iki şəxs evə girərək axtarış edəcəklərini deyiblər. Axtarış bəhanəsi ilə  içəri daxil olan şəxslər 4 ədəd mobil telefon və 200 iran realı oğurlayaraq qaçıblar. Polislər cinayətkarları tapmaq üçün əməliyyatlara başıayıb.  
Röyal A. məhkəmədən sonra həbsxanaya göndərilib. (unikal)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol