• $
  • €
  • ₽
  • ₺
  • £

Kim Çen İn dünyanı təəccübləndirməkdə davam edir - FOTOLAR

Kim Çen İn dünyanı təəccübləndirməkdə davam edir - FOTOLAR
29.05.2020 10:55

Kim Çen İn son dövrlərdə dünya mediasının gündəmindən düşmür.

ANN.Az kulis.az-a istinadla xəbər verir ki, dünyanın ən qapalı ölkəsinə rəhbərlik edən Kim Çen İn atasından sonra Şimali Koreyada bir çox dəyişikliklər edib.

Gənc dövlət başçısı gah ağzında siqaret xəstəxanaya baş çəkir, gah da paraşütlə düşən bombaları seyr edir. Kim Çen İn dünyanı təəccübləndirməyi bacarır. Bir gün ayaqqabı ustalarını, bir gün bərbərləri yoxlayır. Fotoları da dünya ilə paylaşaraq özünün əfsanəsini yaradır.

Korrupsiyaya bulaşmış dayısını xalqın gözü qabağında edam etdirdi. İddia edilir ki, o özünün saç modelini bütün kişilər üçün məcburi edib. İngiltərədə Kimin fotosunun üstünə “pis saç kəsim günü, 15 faiz endirim” yazıb vuran bərbərin ardınca səfirlikdən adam göndərib, təhdid etdirib. Diplomatik böhran yaşanıb.

Onun anadan olma tarixi də dəqiq bəlli deyil. Gah 1983-cü ildə, gah da 1984-cü ildə doğulduğu deyilir. Amma hökumət rəsmi olaraq onun 8 yanvar, 1984-cü ildə doğulduğunu bildirir. İstənilən halda o dünyanın ən gənc ( 28 yaş) prezidentidir.

1988-ci ildə Kim Çen İn İsveçrənin Bern şəhərində başqa adla orta təhsil alıb. Onun sinif yoldaşları bilmirdilər ki, Pak İn (saxta adı) Koreya prezidentinin oğludur. İsveçrədə oxuyan zaman gələcək prezident ingilis, alman və fransız dillərini öyrənib.

Atasının antiamerikan təbliğatına laqeyd olan gənc oğlan Amerika brendlərinə qarşı həvəsi ilə seçilir, hətta “Nike” idman ayaqqabılarının kolleksiyasını yığırdı.

Kim Çen İnin aşpazından sızan qeyri-rəsmi xəbərlərə görə prezident alkoqolikdir, diabetdən və yüksək təzyiqdən əziyyət çəkir. Ən yaxşı məhsullarla qidalanan prezidentin əsas problemi məhz çox içməyindədir.

İsveçrə kollecində oxuyan zaman dostlarının təsiri ilə Çen İn basketbola maraq göstərib. Kobi Braynt, Toni Kukoç, Maykl Cordan kimi basketbolçulara azarkeşlik edib. Elə buna görə də prezident olduğu dövrdə köhnə basketbolçu Dennis Rodmanı Şimali Koreyaya çağırıb. Dennisi öz ölkəsində krallar kimi qarşılayıb. Rodman basketbol meydanının ortasında Kim üçün Kennedinin qabağındakı Merilin Monro kimi “Happy Birthday” mahnısını oxuyub. Ölkəsinə qayıtdıqdan sonra televiziyalara çıxıb -  “Kim Çen İn əslində super adamdır” – deyib.

Yəqin ki, onun haqqında olan iddiaların bir qismi yalandır. Amma o halından məmnun kimi görünür.  

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol