İran qırıcıları bu ölkəni bombalamağa başladı - VİDEO

İran qırıcıları İraq ərazisini bombalamağa başlayıb.
Anews.az İraq mənbələrinə istinadən xəbər verir ki, səhər saatlarında ölkənin şimal-şərq bölgələrinə endirilən top atışlarından sonra İrana məxsus kəşfiyyat təyyarələri sərhədi keçərək, bölgədə uçuşlar həyata keçirib. Ardınca isə İrana məxsus qırıcılar bölgəni bombalayıb. Hücumların hədəfində bölgədəki terror düşərgələrinin olduğu bildirilir.
www.anews.az
























