• $
  • €
  • ₽
  • ₺
  • £

120 milyon illik dinozavrın mədəsindən bütöv kərtənkələ tapıldı

120 milyon illik dinozavrın mədəsindən bütöv kərtənkələ tapıldı
16.07.2019 17:35
120 milyon il yaşı olan dinozavrın mədəsindən yeni kərtənkələ növü tapılıb. Çin tədqiqatçılarının fikrincə,  Microraptor zhaoianus  dinozavr növünün bətnində yaşayan  bu kərtənkələlər yaranma tarixi Erkən Təbaşir dövrünə təsadüf edir və Çinin  şimali-şərqində yaşayıblar.
 
Microraptorlar dördqanadlı dinozavrlar nəslindən olub uçmaq qabiliyyətinə malik olublar. Onlar dünyada yaşayan ən kiçik dinozavrlar  olub, uzunluqları  bir neçə fut təşkil edib.  Bu canlılar quşlar, məməlilər, balıq və kərtənkələlərlə qidalanıblar. 


Əvvəlcə mikroraptorun dörd daşlaşmış hissəsi aşkarlanıb və sonra onun mədəsində başqa canlı müəyyən ediblər. Current Biology jurnalında çap edilən  məqalədə Çin Elmlər Akademiyasının Onurğa Paleontologiyasi və Paleoantropologiya İntstitutunun  və Şanddyun Tyanyu Təbiət Muzeyinin tədqiqatçıları bu canlıya aid digər bir nümunə tapıb  və onu öyrənəndən sonra biliblər ki, bu təmamilə yeni kərtənkələ növüdür. 


Tapılmış kərtənkələnin çox hissəsi bütöv qalıb,, onu dinozavr başından tutaraq udub.  Onun qeyri-adi, aralarında iri boşluqlar olan dişləri olub və o, bu baxımdan Çinin adı çəkilən bölgəsində tapılan digər canlılardan fərqlənir. Görünür ,bu kərtənkələ növü ilə Liuşusarus adlanan və nəsli kəsilmiş digər kərtənkələ növü arasında bir əlaqə var. Liuşusarus da eyni bölgədə və həmçinin Erkən Təbaşir dövründə yaşayıb.
 


Yeni tapılmış kərtənkələ növü Çin paleontoloqu Vanq Yuanın və Veda tanrısı İndranın şərəfinə İndrasaurus vanqi adlandırılıb. Bir əfsanədə deyildiyi kimi İndranı əjdaha Vritra döyüş zamanı başindan tutaraq udub.


Microraptorlar mədəsində tam şəkildə udulmuş kərtənkələnin kəşf edilməsi əvvəlki fikirləri təsdiqləyir. Həmin fikirlərə əsasən, dinozavr indiki sürünənlər və ətyeyən quşlar kimi ovunu bütöv udan, qida rasionu geniş  canlı  olub.



Tədqiqatçılar microraptorlar  və kərtənkələnin qalıqları əsasında Çinin bu hissəsinin ekoloji sistemində o dövrdə mövcud olmuş qida zənciri barədə aydın təsəvvür yarada bildilər.


Birləşmiş Krallığın Bristol Universitetindən olan Mayk Benton bu tədqiqatda iştirak etməsə də News Week saytına demişdi: "paleontoloqların əsas işi keçmişi başa düşməkdir. Bura əcdadların qida zənciri də daxildir. Dinozavr sadəcə olaraq nə yemişdi? Yeni tapıntı Təbaşir dövründən bir gün, xüsusən də microraptorlar kərtənkələni yediyi zaman haqqında əyani sübutdur. Təkcə bu deyil. Ağacda yaşayan və havada süzən bu dinozavr şikarınıını bütöv şəkildə, özü də başından tutaraq udurmuş. Bu zaman o, şikarını  çeynəmir  və parçalamırdı".


"Bu cür qalıqlar yüz milyon il əvvəl Yer kürəsindəki yaşamış "başqa aləmlər"in işıqlandırılması baxımından fantastik əhəmiyyət daşıyır. Günümüzə çatmış qalıqların keyfiyyəti və bu vaxta kimi tapılmış yüzlərlə nümunə bizi qədim qidalanma üsulları barədə etibarlı sübutlarla təmin edir."

 
Məhəmməd Hüseynov
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol