• $
  • €
  • ₽
  • ₺
  • £

Çeçen toyuna qaz hücumu - "Adamlar milçək kimi yerə töküldü" - FOTO

Çeçen toyuna qaz hücumu - "Adamlar milçək kimi yerə töküldü" -  FOTO
29.05.2020 05:58
Avstriyanın İnsbruk şəhərində çeçenlərin toyunda kütləvi zəhərlənmə baş verib. Təntənə üçün böyük zal icarəyə götürmüş bəyin ailəsi 200 qonaq qəbul edib.
Yerli "Tiroler Tageszeitung” qəzetinə istinadən xəbərə görə, təxminən saat 21-də qonaqlar özlərini pis hiss ediblər. Şahidlərin sözlərinə görə, ilk olaraq astmadan əziyyət çəkən gənc qız öskürməyə və təngnəfəs olmağa başlayıb. Bir neçə dəqiqə ərzində onlarla adam huşunu itirib.
"Hər şey eyni vaxtda baş verib, bu isə o deməkdir ki, söhbət qida zəhərlənməsindən getmir”, - Tirolun kriminal polisinin rəisi Kristof Kirşmayr deyib. Polis toyda verilmiş bütün yeməkləri və içkiləri yoxlayıb. "Onların zəhərlənmə ilə bağlı olması az inandırıcıdır”, - polis rəisi bildirib.

Avstriya hüquq-mühafizə orqanları hələlik çeçenlərin toyda nədən zəhərləndiklərini aydınlaşdıra bilməyib. Əsas versiyalardan biri hərbi əhəmiyyətli qaz, yaxud qaz sızmasıdır. Bir çox əlamətlər belə deməyə əsas verir ki, toyda məhz hərbi qazdan istifadə edilib. Avstriya Silahlı Qüvvələrinin kimya-bioloji ekspertləri hadisə yerində cihazlarla bunu müəyyən edə biliblər. Şahidlər və zərərçəkənlər də bildirirlər ki, bu, məqsədli diversiya olub.
"Hər şey toyun sonuna yaxın başlayıb, - "Kavkaz.Realii” nəşrinə müsahibəsində qonaqlardan biri olmuş 30 yaşlı Aslanbəy deyib. – Qonaqlar artıq getməyə hazırlaşırdılar və birdən qışqırıq səsləri gəldi. Biz dostlarla birlikdə küçədə durmuşduq. Fikirləşdik ki, içəridə kimsə atış açıb və zala qaçdıq. İçəridən açıq havaya çatmağa çalışan insanlar çıxırdı. Lakin az qala dərhal huşlarını itirib yıxılırdılar. Biz onları tutub küçəyə çıxarırdıq”.
Xilasetmə əməliyyatında xüsusi geyim olmadan iştirak etmiş 12 yanğınsöndürən dərhal yuyunmağa getməli və geyimlərini dezinfeksiya üçün təhvil verməli olublar. Tirol yanından mühafizə xidmətinin aparıcı kimyaçısı Manfred Holtserin gözlərinə görə, mütəxəssislərin zəhərlənmənin təbiətini müəyyənləşdirmək üçün ilk cəhdləri uğursuz olub – cihazlar reaksiya verməyib.
Buna görə də, xilasedicilər rahatlanaraq müdafiə maskalarını çıxarıblar. Lakin bundan dərhal sonra ölçmə cihazı hansısa hərbi qazın yüksək konsentrasiyasını göstərib. Həmin maddənin mənbəyi bir qadın çantası olub. Fəqət çantanın diqqətlə axtarışı zamanı onun içərisində şübhəli heç nə tapılmayıb.


"Düşünürük ki, bu, terror aktıdır. Əlbəttə, hələlik bunu iddia edə bilmirik, əlimizdə sübutar yoxdur, maddənin biokimyəvi analizinin nəticələrini gözləyirik. Lakin çox güman ki, bu, məqsədli aksiya olub”, - bunu zərəçəkmişləri açıq havaya çıxarmış və onlara ilk tibbi yardımı göztərmiş 27 yaşlı Ruslan Satuyev deyib.
Hadisə baş verən zaman o, küçədə olub. "Kimsə deyirdi ki, ağ rəngdə qaz görüb, kimsə qəribə iydən danışırdı. Mən heç nə görmədim və hiss etmədim. Ancaq onu gördüm ki, insanlar milçək kimi yerə tökülürdülər, - o xatırlayır. – İçəridə həmin vaxt anam var idi və insanları küçəyə çıxardığımız vaxt gözlərim onu axtarırdı. İçəridə cəmi iki dəqiqə oldum ki, zərərçəkmişlərə kömək edim. Zəhərlənmə əlamətləri məndə artıq içəridən çıxandan sonra meydana çıxdı. Belə çıxır ki, bu qaz yalnız oksigenlə təmasda olduğu zaman tam qüvvəsi ilə təsir edir”.
32 yaşlı Zarema da çeçenlərə qarşı diversiyanın törədilməsindən əmindir. O, zəiflik hiss etmiş ilk şəxslərdən olub. "Əvvəlcə boğazım gicişməyə başladı, sanki nəsə çox acı bir şey yemişdim. Sonra gözümdən yaş axmağa başladı, havam çatmırdı. Düşünürdüm ki, tezliklə huşumu itirəcəyəm”, - o danışır.
Zarema özünə "təcili yardım” maşınında gəlib. Xəstəxanada onun qanını analiz üçün götürüblər. Cəmi iki saatdan sonra vəziyyəti yaxşılaşıb və həkimlər qadını evə buraxıblar. "Əminəm ki, bu, təbii qaz sızması deyil. Çeçenlərə qarşı əsl terror aktı idi”, - Zarema əminliklə bildirir.
Bu müəmmalı zəhərlənməni araşdıran mütəxəssslər də çaşqın vəziyyətdədir. Müstəntiqlər aetıq az qala bütün şahidlərin və zərərçəkmişlərin ifadələrini alıblar. Hadisə yerindən götürülmüş maddələr biokimyəvi ekspertizaya göndərilib.
(Virtualaz.org)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol