Avtoşou zamanı qəza: yaralılar var - VİDEO

Qırğızıstanda avtoşou zamanı sürücülərdən biri avtomobili azarkeş kütləsinə üzərinə sürüb.
Anews.az "RenTV”yə istinadən xəbər verir ki, insident Bişkek şəhərində keçirilən ölkə çempionatı üzrə drift yarışı vaxtı qeydə alınıb. Məlumata görə, sürücü avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi sürüşərək yarışı tamaşa edən insanlara çırpılıb.
Nəticədə 6 nəfər xəsarət alıb.
Bildirilir ki, yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib, onlardan biri isə xəstəxanaya yerləşdirilib.(avtosfer)www.anews.az
























