• $
  • €
  • ₽
  • ₺
  • £

51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığı tapılıb

51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığı tapılıb
22.07.2019 19:04
Yoxa çıxmış sualtı qayıq Tulon limanından 45 kilometr aralıda 2,370 metr məsafədə aşkar olunub...
Fransa Müdafiə Nazirliyinin təşkil etdiyi axtarış qrupu 51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığını tapıb.
 
İnterAz xəbər verir ki, bu məlumatı Fransanın Müdafiə naziri Florens Parli özünün Twitter səhifəsində yayıb. O, hərbi sualtı qayığın tapıldığı yerin relyefini və texniki xarakteristikasını da paylaşıb.
 
Qeyd olunub ki, 1968-ci ilin yanvarında Fransanın cənubundakı Tulon limanının yaxınlığında yoxa çıxan "Minevre” adlanan bu sualtı qayığın göyərtəsində 52 dənizçi olub. Onun axtarışı uzun illər davam edib, lakin heç bir nəticə verməyib. Bu ilin əvvəlində xanım Parli sualtı qayığın axtarışının yenidən başlanacağı barədə bəyanat verib və itkin düşmüş dənizçilərin ailələrini də bu prosesdə iştirak etməyə dəvət edib. O, iyulun 22-də özünün Twitter səhifəsində yazıb: "Biz indicə "Minevre”nin tapılması xəbərini aldıq. Bu, böyük uğurdur. Düşünürəm ki, bu, itkin düşmüş dənizçilərin uzun illərdir yaxınlarını gözləyən ailələri üçün də mühüm xəbərdir”.
 
Nazirin məlumatına görə, axtarış qrupu yeni texnologiyaların köməyi ilə sualtı qayığın qəzaya uğradığı yerin ətrafındakı əraziləri təhlil edib. ABŞ-ın "Ocean Discovery” şirkətinə məxsus olan sualtı gəminin köməyi ilə axtarışlara başlanılıb. Yoxa çıxmış sualtı qayıq Tulon limanından 45 kilometr aralıda 2,370 metr məsafədə aşkar olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol