• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən ucqar yerləri - FOTOLAR

Dünyanın ən ucqar yerləri - FOTOLAR
29.07.2019 18:56

Yer kürəsində Sakit Okeanın cənubundakı seyrək adalardan tutmuş soyuq Kanadanın sərhədlərinə qədər  ən ucqar məkanlar mövcuddur.

Gözdən uzaq, könüldən iraq yerlər: Alert, Kanada

 

Kiçik Alert kəndi Kanadada, Şimal Qütbündən cəmi beş yüz mil aralıdakı Nunavut ərazisində yerləşir. Cəmi beş nəfər əhalisi olan Alert dünyanın ən gizli və ucqar yerlərindən biridir.
 


Arktik Okeanla əhatə olunmuş kənddə temperatur mənfi 40 dərəcəyə kimi  düşə bilir.

Şimal Qütbünə yaxın olduğu üçün Alertdə bütün sutkanın qışda gecə, yayda isə gündüz olması  mümkündür.
 


Tristan de Cunha
 


Atlantik Okeanının cənubunda yerləşən Tristan de Cunha kiçik adalardan ibarət arxipelaqdır və dünyanın ən ucqar yeridir. Qayalıqlar və dalğalı sularla əhatə olunmuş adalara ancaq qayıqla gedib gəlmək mümkündür. Bundan ötrü arxipelaqa ən yaxın olan Cənubi Afrikadan 1700 mil, Cənubi Amerikadan isə 2000 mil məsafə qət etmək lazımdır.

 


Arxipelaqın əhalisi adalara səpələnmiş 271 nəfər fermer və sənətkardan ibarətdir. Dünyanın ən ucqar yerində yaşamalarına baxmayaraq onların televiziya stansiyaları və hətta peyk vasitəsilə internetə çıxışları da var.

 
 


Medoq qraflığı, Çin
 


Çinin Tibet Muxtar Respublikasında sanki dünyadan gizlənmiş Medoq qraflığı dünyanın ən çox təcrid edilmiş, hətta qonşu şəhərlərlə əlaqəsi kəsilmiş bölgələrindən biridir.

Sel sularının və qar uçqunlarının davamlı şəkildə korladığı landşaft ucbatından qraflığa yol çəkmək cəhdləri uğursuz olub və buna görə də bu yer bəşər sivilizasiyasında ən ucqar nöqtələrdən biri olaraq qalıb .

 


Əraziyə girmək üçün yeganə üsul Himalay dağlarından və təhlükəli körpüdən keçərək buz bağlamış yüksək dağlıq marşrut boyunca piyada getməkdir. Buna baxmayaraq sıx, yam-yaşıl meşələrlə əhatə olunmuş, hələ insan əli dəyməmiş Tibetin gözəl təbiət mənzərələrini görmək üçün risk etməyə dəyər.
 

 


Mak Murdo stansiyası, Antraktida
 


Sözün məcazi mənasında dünyanın sonunda yerləşən Antraktida həqiqi mənada yer kürəsinin ən ucqar ərazilərindən biridir. Daimi sakinləri olmasa da materikdə mövsümdən mövsümə tədqiqatçılar və alimlər üçün yaşayış evləri fəaliyyət göstərir.

Antraktidanın şimalındakı Mak Murdo stansiyası ən çox məskunlaşma olan tədqiqat mərkəzlərindən biridir. Bu stansiyada ərazidə 1200-ə yaxın alim fəaliyyət göstərir. Qonşu ölkələrdən həddən artıq təcrid olunmasına baxmayaraq Mak Murdoda 3 uçuş zolağı var. Bu o deməkdir ki, sakinlər asanlıqla regiona gedib-gələ və həmçinin burada müasir şərait qura bilirlər.
 

 
 

İttoqqortoormiit, Qrelandiya
 


Adı tələffüz etmək sizə çətin gəlirsə bu təcrid olunmuş ərazidə yaşayan beş yüz nəfərdən biri olmağı sınayın. Kənd Qrelandiyanın şərq sahilində, İslandiyadan şimalda yerləşir.

Qrelandiya buzlaq bir yerdir, buna görə də kəndi əhatə edən sular demək olar ki, bütün il boyu donmuş olur. Bu da bölgəyə qayıqla gəlməyi qeyri-mümkün edir. Bununla belə adadakı kiçik hava limanı nadir hallarda uçuşlar həyata keçirir.



Əhalinin əksəriyyəti ovçuluq və balıqçılıqla yaşayır. Ən çox ovlanan heyvanlar isə qütb ayıları və balinalardır.
 

 
 

Anql İnlet, ABŞ
 


Minesota ştatında yerləşən və 150 nəfərin yaşadığı Anql İnletə ancaq Kanadadan keçib getmək mümkündür. Ərazi, adına uyğun olaraq ən çox balıq ovu, az sayda kiçik yerli mağazaları və resursları ilə məşhurdur. Tələbələr burada qışda motorlu xizəklə sürüşməyi və yayda qayıqla üzməyi öyrənmək üçün cəmi bir otağı olan məktəbə qəbul olunurlar.

 
 
 
Tərcümə: Məhəmməd Hüseynov
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol