Hollivudda bomba partladı: hakerlər ulduzların intim fotolarını yaydı

ABŞ-da məşhur aktrisa və modellərin telefonlarına girmiş haker onların açıq-saçıq şəkillərini oğurlayaraq İnternetdə yayıb.
Jennifer Lawrence, Kate Upton, Kirsten Dunst, Krysten Ritter, Mary Elizabeth Winstead və başqaları sosial mediada dövr edən həmin şəkillərin onlara məxsusluğunu təsdiqləyiblər. Və bunu şəxsi həyatlarına kobud müdaxilə kimi pisləyiblər.
Güman edilir ki, haker “Apple”ın iCloud xidmətini sındıra bilib.
Aktrisa və modellərin çimərlikdə və evdə çəkdikləri həmin selfie-ləri Twitter-də bölüşənlərin hesabı blok olunmaqdadır.
Naməlum haker bildirir ki, onda onlarla başqa sənətçinin də çılpaq fotoları var, o cümlədən Rihanna-nın.
Polis hakerin kimliyini müəyyənləşdirməyə çalışır. 2011-ci ildə belə bir hadisə başqa bir Hollywood ulduzu Scarlett Johansson-un da başına gəlmişdi. O zaman polis hakeri tapmış və o, 10 illiyinə həbsə məhkum edilmişdi.
Azadliq.org
























