Əsəb sistemi informasiyanı sonrakı bir neçə nəsilə ötürə bilir

Tədqiqatçılar
müəyyən ediblər ki, nematodların (soxulcanlar) beyin hüceyrələri ribonukleyin
turşusunun kiçik parçalarını yayaraq nəsilartırma hüceyrələri ilə
əlaqə qururr. Bu üsulla onlar beyinlərindəki informasiyanı törəmələrinə və sonrakı nəsillərə
ötürə bilirlər.
Bu heyrətamiz
müşahidə orqanizmlərində daha kiçik ribonuklein turşusunun yaranmasi mümkün
olmayan nematodlar üzərində aparılıb. Həmin canlılar qida tapmaqda məhdud qabiliyyətlidirlər.
Ribonukleyn turşusunun qurdların əsəb sisteminə daxil olması təkcə bu
nematodlarda yox, həmçinin onların törəmələrində də düzgün qida axtarma
davranışını bərpa edir. Qurdların törəmələri özləri ribonukleyn turşusu hasil
edə bilmədikləri üçün bu onlar üçün çox əhəmiyyətlidir.
Əsəb
sisteminin informasiyanı insanlarda da nəsildən nəslə ötürməsi hələ ki, məlum
deyil.
Tərcümə: Məhəmməd Hüseynov
www.anews.az
























