Rusiyanın hərbi gəmiləri Bakıya gəldi

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək
"Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.
Bu barədə Anews.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
www.anews.az
























