"Rusiyaya yeni qarşı sanksiyaların tətbiri gözlənilmir"

Finlandiyanın baş naziri Aleksander Stubb bəyan edib ki, bu gün Brüsseldə Avropa Birliyinin sammitində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gözlənilmir. Musavat.com xəbər verir ki, məlumatı YLE radiostansiyası yayıb.
Lakin Akeksander Stubb deyib ki, yeni sanksiyaların tətbiqini dəstəkləyir.
“Biz bu gün istənilən iqtisadi məhdudiyyətlə bağlı qərar qəbul etməyəcəyik. Amma Rusiya qeyri-sabitlik yaratmaq cəhdlərini davam etdirirsə, fikrincə, sanksiyaların sərtləşdirilməsi doğru olar”, - baş nazir qeyd edib.
ANN.Az
























