• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: “Avrasiya Birliyi daha çox qazaxlara lazımdır”

Putin: “Avrasiya Birliyi daha çox qazaxlara lazımdır”
30.08.2014 14:08

X Ümumrusiya gənclərinin “Seliqer-2014” forumuna qatılan Rusiya prezidenti Vladimir Putin tələbələrin Qazaxıstanla əlaqələr barədə suallarını cavablandırıb.

 

Axar.az-ın “Tengrinews.kz” agentliyinə istinadən xəbərinə görə, o iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib.

 

Anna Sazonova adlı tələbənin Ukraynada olduğu kimi, Qazaxıstanın cənub rayonlarında da millətçilik meyllərinin meydana gəlməsi, bu tendensiyanın Nazarbayevin prezidentliyindən sonrakı dövrdə daha da arta biləcəyi barədə sualına cavabında Putin deyib ki, Qazaxıstan Rusiyanın ən yaxın strateji müttəfiqlərindəndir:

 

“Əvvəla, Allah şükür, Prezident Nazarbayev sağ və salamatdır, o hələ ki, harasa getmək fikrində deyil. Müdrik rəhbər kimi, o ölkəsinin gələcəyi barədə düşünür. Ola bilər, internetdə, sosial şəbəkələrdə hansısa xoşagəlməz fikirlər səslənsin, paylaşılsın. Bu da təbiidir - insanlar müxtəlifdir. Qazaxıstan Rusiyadan 10 dəfə kiçikdir, amma böyük dövlətdir. Əminəm ki, qazaxların böyük əksəriyyəti Rusiya ilə əlaqələrin qorunmasında, möhkəmlənməsində maraqlıdırlar. Müdrik rəhbər kimi, Nazarbayev heç vaxt xalqına qarşı getməyib, əksinə, onları hiss edərək, lazımı addımlar atıb. Qazaxların heç vaxt öz dövlətləri olmayıb. Bu səbəbdən də Nazarbayev unikal addım ataraq, dövlətçilik ənənələrinin təməlini qoydu, Qazaxıstanı dünya arenasında tanıtdı. İqtisadi məsələlərə gəlincə, Avrasiya Birliyi də onun ideyasıdır. Təəssüf ki, bizdə zaman-zaman bu barədə fikirlər, mülahizələr səslənmişdi. Etiraf etməliyik ki, bu baxımdan Nazarbayev daha qərarlı oldu. Digər tərəfdən, qeyd etdiyim təşkilatın yaranması daha çox qazaxlara lazımdır. Çünki onlar hiss edirlər ki, iqtisadi əlaqələrin yaranmasından həm də onlar yararlanacaqlar. Əminəm ki, iki ölkə arasında əlaqələr bundan sonra da müsbət məcrada inkişaf edəcək”.

 

Xatırladaq ki, Rusiya dövlət başçısının Qazaxıstan, bu ölkənin prezidenti barədə müsbət fikirlər deməsinə baxmayaraq, Vladimir Jirinovski kimi odioz siyasətçilər bu ölkəyə hücum etməyin vaxtının çatdığını vurğulamağa başlayıblar.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol