20 min nəfər ebolaya yoluxacaq - SOS

Yaxın zamanda ebola virusuna yoluxanların sayı 20 minə çata bilərÜmumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Qərbi Afrikada1552 nəfər bu virusdan vəfat edib, 3069 nəfər isə yoluxub. Məlumata görə, son günlər virus sürətli yayılma dövrü yaşayır. Belə ki, yoluxmaların 40 faizi son 21 gündə qeydə alınıb.
Virusa yoluxanlar arasında ən çox ölüm faizi Qvineyada qeydə alınıb- 66 faiz. Serra -Leoneda isə bu rəqəm ən az- 42 faz olub. (interpess.az)
ANN.Az
























