• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Putini qətlə yetirmək istəyəni qaytarmadı

Ukrayna Putini qətlə yetirmək istəyəni qaytarmadı
28.08.2014 11:04
Ukrayna Putinə sui-qəsd hazırlamaqda ittiham olunan şəxsi təhvil verməkdən imtina edib.

Axar.az "İnterfaks"a istinadən bildirir ki, Ukrayna Baş prokurorluğu Rusiya prezidenti Vladimir Putinə sui-qəsddə ittiham olunan Adam Osmayevin təhvil verilməsi haqqında əvvəlki qərarı ləğv edib. Osmayevin vəkili Olqa Çertok Baş Prokurorluğun hələ 15 avqustda müvafiq qərar qəbul etdiyini deyib.Xatırladaq ki, 2012-ci ildə Rusiya və Ukraynanın xüsusi xidmət orqanlarının keçirdikləri birgə əməliyyat nəticəsində üç nəfərlik qrup saxlanılıb. Onlardan ikisi Çeçenistandan (Adam Osmayev və Ruslan Madayev), biri isə Kazaxıstandan (İlya Pyanzin) olub. İstintaqın gedişində saxlanılanlar göstəriblər ki, Çeçen rəhbəri Ramzan Kadırova qarşı iki hücum, Vladimir Putina qarşı isə sui-qəsd hazırlayıblar.Ukraynanın təhlükəszlik xidməti orqanları Osmayev və Pyanzini terror təşkilatı yaratmaqda və terakt hazırlamaqda günahkar bilib. Rusiya baş prokurorluğu isə onların təhvil verilməsi haqqında Ukraynaya tələb göndərib. 2012-ci ilib avqustunda İlya Pyanzin Rusiyaya ekstradisiya olunub. 2013-cü ilin sentyabrında Moskva dövlət məhkəməsi onu 10 illik azadlıqdan məhrum edib.Lakin Osmeyevin Rusiya hüquq mühafizə orqanlarına təhvil verilməsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə işin Ukrayna məhkəməsində araşdırılmasınadək dayandırılıb. 24 mart 2014-cü ildə müttəhimin vətəndaş nikahında yaşadığı arvadı Əminə Okuyeva Ukraynanın yeni hökumətindən Osmayevə bəraət verilməsini tələb edib. Onun fikrincə, hazırkı şəraitdə "hökumət onu dövlət mükafatına layiq görməli və azad buraxmalıdır".2014-cü ilin mayında Ali Radanın deputatları Ukrayna Baş prokuroru Oleq Maxnitskiyə müraciət edərək istintaqın nəticələrinə yenidən baxmağı xahiş ediblər.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol