• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur aktyor Rusiya vətəndaşlığından imtina etdi - Etiraz

Məşhur aktyor Rusiya vətəndaşlığından imtina etdi - Etiraz
27.08.2014 19:50
Məşhur rus aktyoru Aleksey Serebryakov ailəsi ilə birlikdə Rusiyanı tərk edib.
 
Axar.az Rusiya mediasına isinadən xəbər verir ki, 50 yaşlı aktyor Rusiya vətəndaşlığından imtina edərək Kanada vətəndaşlığını qəbul edib.
 
O öz addımını belə əsaslandırıb: “Çox vaxt Rusiyada deyirlər ki, Qərb ölkələrinin təbəssümü sünidir. Ancaq mənə görə, süni gülüşlər təbii zülmdən yaxşıdır. Bizdə tamamilə qul psixologiyası hökmrandır.  Demokratiya isə məsuliyyət deməkdir! Xalq ən yaxşı halda kimisə hakimiyyətə nümayəndə göndərir. Bununla da sanki – biz səni seçmişik, sən də hər şeyə görə cavab ver, bizim problemlərimizi həll et! – deyir. 
 
Demokratiya – qərarları biliklərə, dəqiq idraka əsaslanaraq qəbul etmək deməkdir, nəyi nəyə görə seçdiyini anlamaq deməkdir. Şəxsən mən insanların təhsil almaq, inkişaf etmək, öz ixtisasını artırmaq, işləmək və nəhayət, ölkə üçün, dövlət üçün məsuliyyət daşımaq arzularını görmürəm. İstəyənlər isə dənizdə damla qədərdirlər”.    
 
Serebryakov onu da əlavə edib ki, övladlarının elmə, biliyə, zəhmətkeşliyə qiymət verildiyi ölkədə böyüməsini istəyir, elə bir yerdə ki, orada özünə yol açmaq üçün kimisə itələməyə, ədəbsizlik etməyə, aqressiv olmağa və insanlardan qorxmağa gərək yoxdur. Aktyor əmindir ki, Rusiyada öz övladlarını bütün bunlardan qoruya bilməyəcəkdi.  
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol