• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər etiraf edir: Paşinyan nüfuzdan düşüb

Ermənilər etiraf edir: Paşinyan nüfuzdan düşüb
24.08.2019 20:23


"Yerevan Today” xəbər portalı Ermənistan əhalisi arasında sorğu keçirib.

Virtualaz.org bildirir ki, sorğuda iştirak edən Yerevan sakinləri bildiriblər ki, artıq Ermənistanda yaşamaq dözülməz hal alıb. Sakinlər daha çox maddi problemlərdən və işsizlikdən şikayətləniblər.

Diqqətə çatdırılıb ki, hazırki ölkə rəhbəri Nikol Paşinyan xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayırlar. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar.

Ümumilikdə isə respondentlərin 75 faizi yeni hökumətə inanmadığını bəyan edib. Adıçəkilən KİV sorğunun nəticələri əsasında "Paşinyan xalq arasında nüfuzdan düşüb” adlı yazı dərc edib.

Bu arada Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan vətəndaşları Paşinyan əleyhinə üsyana qalxmağa çağırıb. Hazırda xaricdə yaşayan Mikayıl Minasyan yeni hökuməti səriştəsizlikdə ittiham edib. Bir daha bəyan edib ki, Paşinyan hakimiyyətə əvvəlki hökumət üzvlərindən qisas almaq məqsədilə gəlib. Paşinyan Robert Koçaryanı həbs etdirib. Yaxın günlərdə isə keçmiş müdafiə naziri Seyran Ohanyanın və başqa generalların həbs tapşırığını verəcək.

Xatırladaq ki, Mikayıl Minasyanın özünü də həbs gözləyir. Onun adı korrupsiyada hallanır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol