• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Ərdoğana “Su-57″ni göstərdi – FOTO

Putin Ərdoğana “Su-57″ni göstərdi – FOTO
29.05.2020 02:42
Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan 14-cü MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında iştirak ediblər.
"Anadolu” agentliyi xəbər verir ki, çıxış edən R.T.Ərdoğan Türkiyədə müdafiə sərgilərinin, xüsusilə İstanbulda 14-cü Beynəlxalq "İDEF-2019” sərgisinin keçirildiyini xatırladıb.
"Bu ilin sentyabrın 2-də İstanbulda İkinci Aviasiya və Kosmik Texnologiyalar (TEKNOFEST) festivalı açılacaq. Biz bu festivalı bir milyondan çox insanın ziyarət edəcəyini gözləyirik”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə lideri Vladimir Putini və bütün rusiyalıları TEKNOFEST-ə dəvət edib.
Onun sözlərinə görə, Türkiyə son illərdə aviasiya sahəsində mühüm uğurlar əldə edib.
"Türkiyənin müdafiə məhsullarının, o cümlədən, aerokosmik sənayesi məhsullarının ixracı artır. 2018-ci ilin sonunda Türkiyənin müdafiə sənayesi ixracatı 2.5 milyard dollara çatdı. Türkiyənin "T-129 ATAK” helikopterlərinə dünyanın bir çox ölkəsində maraq artır”, – deyən R.T.Ərdoğan əlavə edib ki, Türkiyə beşinci nəsil hərbi təyyarə də hazırlayır.
O, Türkiyə ilə Rusiya əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib:
"İlin sonuna qədər Türkiyə kurortlarında altı milyona yaxın rusiyalının olacağı gözlənilir. İki ölkə arasında ticarət dövriyyəsi 25 milyard dolları keçib. Məqsədimiz bu rəqəmi 100 milyard dollara çatdırmaqdır”.

Rusiya və Türkiyə prezidentləri sərgidə təqdim olunan "Su-57” qırıcısına, "Ka-622” və "Mi-38” helikopterlərinə baxış keçiriblər.
V.Putin türk həmkarına "Be-200” amfibiya təyyarəsinin əsas xüsusiyyətləri barədə də danışıb.
Qeyd edək ki, Rusiya və Türkiyə prezidentlərini arasında ikitərəfli danışıqlar da aparılacaq.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol