• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İdlibi vurdu, Rusiya sərt mövqe göstərdi

ABŞ İdlibi vurdu, Rusiya sərt mövqe göstərdi
01.09.2019 19:05
Vaşinqton bütün razılaşmaları pozub və Moskva ilə Ankaranı xəbərdar etmədən İdlib vilayətinin Maarat-Misrin və Kafer-Xaya yaşayış məntəqələrinə aviazərbələr endirib.
Virtualaz.org bildirir ki, bu məlumatı Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzi yayıb.
"ABŞ öz fəaliyyətləri ilə İdlibdə deeskalasiya zonasında atəşkəs rejimini təhdid altında qoyub. Amerikanın zərbəsi ucbatından yaranan atışmalara rəğmən Suriya ordusu hərbi fəaliyyətlərin tətbiqində moratoriumunu qoruyub saxlayır”, – deyə Mərkəzdən bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında isə qeyd olunur ki, Moskva və Ankaranın təşəbbüsü ilə 31 avqust səhər saat 6.00-dan Suriya ordusu İdlib atəşkəs zonasında birtərəfli atəşkəs elan edib, bu barədə bütün münaqişə tərəfləri məlumatlandırılıb. Atəşkəsin mülki şəxslərin humanitar dəhlizə İdlibi tərk etməsinə imkan yaradacağı ehtimal edilirdi.
Məlumatda həmçinin qeyd olunur ki, sutka ərzində Rusiya və Suriya döyüş təyyarələri İdlib üzərində uçuşları dayandırıb: "Ancaq 31 avqust saat 15.00-da ABŞ-ın yaşayış məntəqələrinə zərbə endirməsi nəticəsində çoxsaylı tələfat və dağıntılar olub. ABŞ tərəfi Əl-Qaidə terror təşkilatının idarəetmə məntəqəsinin məhv edildiyini bəyan edib. Vaşinqton bu addımı ilə İdlibdə atəşkəsin qorunmasını təhlükə altında qoyub, atəşkəsi pozub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol